Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Mart 2026 / 13:47

Rəşid Mahmudov özbək həkimin hərəkətini fırıldaqçılıqla bağladı

Bir müddət əvvəl xəstələri əl enerjisi ilə müalicə etdiyini iddia edən özbək əsilli, “Bionurun sahibi” adı ilə tanınan İqbol Soliyev Bakı şəhərinə gəlib… Elə bilib ki, Bakıda yel əsib, qoz tökülüb… Və onun təqdim etdiyi “müalicə üsulu” sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs həqiqətən də, bu üsulla hansısa xəstəlikləri sağaltmaq mümkündürmü? Yəni, əlin istiliyi, bioenerji yolu ilə… Və nəhayət, məsələ ilə bağlı Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov verdiyi açıqlamada vurğulayıb ki, bu kələkbazlıqdır və xüsusi enerji ilə müalicə tibb elminə məlum olmayan bir anlayışdır: “…Onu həbs etməkdə çox düzgün ediblər. Belə insanlar sadəcə fırldaqçıdırlar. Bu, tibbə məlum olmayan bir iddiadır və elmdən kənarda heç bir şey yoxdur. Bütün insanların hər bir hüceyrəsi adi halda 60-90 millivolt cərəyan verir. Fəaliyyət göstərəndə isə bu rəqəm 90-120 millivolt arası olur. Yəni o şəxs heç kəsdən fərqli deyil, bu enerji hamıda var. Elə şəxslər camaatı aldadır. Buna inanmaq bizim insanların cahilliyini göstərir. Onlar ayılmalıdır, belə şeylərə inanmamalıdırlar. Bir ara bəzi regionlarda “qaloşla müalicə” məşhurlaşmışdı, ona da meyl edənlər var idi. Bunlar hamısı savadsızlığın, anlayışsızlığın göstəricisidir. Hələ birinin əri, birinin oğlu götürüb aparır o kişinin yanına. Onların başları batsın… Yanlarında kişi əlini qadının ora-burasına çəkir”.
Qeyd edək ki, ötən gün paytaxtda yerləşən “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan İqbol Soliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun günahı sübut edilərsə, barəsində Az.CM-nin fırıldaqgəlmə vəya aldatma maddəti ilə cinayət işi başlanılacaq… İş qalır pasiyentlərin ödədiyi pul əvəzində müalicə alıb-almamalarına…
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!