Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Mart 2026 / 08:14

Tramp İranın Xarq adasını hədəf aldıqlarını açıqladı

ABŞ prezidenti Donald Tramp İranın Xarq adasını hədəf aldıqlarını bildirərək, “oradakı bütün hərbi hədəflərin tamamilə məhv edildiyini” iddia edib.

Tezadlar.az xəbər verir ki, Tramp bu açıqlamanı sosial media hesabında edib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq tarixinin ən intensiv hava hücumlarından birini həyata keçirdiyini iddia edən Tramp “İranın ən dəyərli aktivi olan Xarq adasındakı bütün hərbi hədəflərin tamamilə məhv edildiyini” iddia edib.

Tramp adadakı neft infrastrukturuna hücum etməməyi üstün tutduğunu, lakin gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidinə müdaxilə ediləcəyi təqdirdə bu qərarı yenidən nəzərdən keçirəcəyini qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!