Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ana bu dəfə də doğuşda qurban getdi… Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Kutaisidə doğuşdan sonra yaranan ağırlaşmalar nəticəsində 20 yaşlı qadın həyatını itirib. Bildirilir ki, gənc qadın Lika Talaxadze iki həftə əvvəl Senaki şəhərində yerləşən doğum evində uşaq dünyaya gətirib. Bir neçə gün əvvəl onun səhhəti qəfil pisləşib. Həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq, gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar məhkəmə-tibbi ekspertiza idarəsində ajiotaj yaranıb. 20 yaşlı qızın qohumları onun ölümündə həkimləri günahlandırırlar. Qohumları qadının ölümü ilə bağlı araşdırma aparılmasını tələb edirlər. Daxili İşlər Nazirliyindən bildirilib ki, fakt üzrə istintaq Cinayət Məcəlləsinin 116-cı maddəsi – ehtiyatsızlıq nəticəsində ölümü nəzərdə tutan maddə ilə aparılır.
Təəssüf!