Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Mart 2026 / 15:23

Prezident İlham Əliyev Xanoba kəndində sakinlərlə görüşüb

Tezadlar.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonunun Xanoba kəndinə qayıdan sakinlərlə görüş keçirib.

Görüş zamanı dövlət başçısı kənd sakinləri ilə səmimi söhbət edib, onların məskunlaşma şəraiti və gələcək planları ilə maraqlanıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən tədbirlər sakinlərin diqqətinə çatdırılıb.

“Mehriban, sən də gəl bizimlə şəkil çəkdir”

Görüşün ən yadda qalan anlarından biri isə Prezidentin Birinci xanım Mehriban Əliyevanı sakinlərlə birgə foto çəkdirməyə dəvət etməsi olub. Dövlət başçısının “Mehriban, sən də gəl bizimlə şəkil çəkdir” müraciəti həm sakinlər, həm də sosial media istifadəçiləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Sakinlər öz doğma yurdlarına qayıtdıqları üçün dövlət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Görüş xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!