Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Mart 2026 / 17:00

ABŞ raketlərinin qurbanı olan Əli Laricaninin qızı ABŞ-da necə oturum alıb?-İNANILMAZ

…Budur, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, iki gün əvvəl öldürüldüyü rəsmən təsdiqlənən Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani 2021-ci ildə Co Bayden administrasiyası dövründə yaşıl kart alıb. “Daily Mail” qəzetinin məlumatına görə, 2023-cü ildə Fatimə Ərdəşir Laricaniyə ABŞ-ın Corciya ştatında 31 avqust 2026-cı ilə qədər qüvvədə olan tam tibbi lisenziya verilib.
Fatimə 2017-ci ildə ABŞ-a köçüb və İndiana Universitetində klinik tədqiqatlar üzrə magistr dərəcəsi almazdan əvvəl Ohayo ştatının Klivlend şəhərindəki Universitet Xəstəxanalarında təhsil almağa başlayıb. Bu ilin yanvarın sonlarında “Emory” Universiteti Fatimənin işinə xitam verildiyini açıqlayıb. “İranın yüksək vəzifəli hökumət məmurunun qızı olan həkim artıq “Emory” tərəfindən işə götürülmür”, – deyə universitet əlavə detalları açıqlamaqdan imtina edib. Fatimə Ərdəşir Laricaninin ABŞ-ni tərk etdiyi ehtimal olunur. ABŞ Daxili Təhlükəsizlik Departamenti şərh tələblərinə cavab verməyib.
Tezadlar.az xatırladır ki, Laricani ailəsinin Qərblə əlaqələri bundan da kənara çıxır. Belə ki, Laricaninin qardaşlarından biri, həkim Bager Ərdəşir Laricani 2017-ci ildə Kanadada daimi sakin statusu alıb. Amma ona 2022-ci ildə ona ölkəni tərk etmək əmri verilib. Çünki o, beş il ərzində Kanadada tələb olunan 730 günü keçirməyib.(c).
Bax belə… Demək, siyasətdə belə hallar da olur və adi sayılır…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!