Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra İsrail mediası Vaşinqton administrasiyasının İsraildən İrandakı elektrik stansiyalarını hədəf almamasını istədiyini iddia edib.
Tezadlar.az xəbər verir ki, İsrail qəzeti “Yedioth Ahronoth” İsrail rəsmisinə istinadən prezident Trampın İranla davam edən danışıqlarla bağlı açıqlamasına İsrailin verdiyi qiymətlə bölüşüb.
Məlumata görə, İsrail rəsmisi bildirib ki, “ABŞ bizdən İrandakı elektrik stansiyalarını hədəf almamağımızı istədi”.
Rəsmi iddia edir ki, Qətərin “ABŞ-a təzyiqi” Trampa təsir edib və ABŞ prezidentinin İranın enerji infrastrukturuna hücum təhdidinin vəziyyəti mürəkkəbləşdirdiyini başa düşərək geri çəkildiyini irəli sürüb.
İsrail rəsmisi qeyd edib ki, Təl-Əvivin qiymətləndirməsinə görə, ABŞ-İran danışıqları İran Parlamentinin sədri Qalibaf vasitəsilə aparılıb; lakin danışıqlar əsasən birbaşa deyil, dolayı yolla davam edib.
E.ŞİRİNOV