Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda yanacağın qiymətləri yenidən artıb. Son iki həftədə qiymətlər 50–60 qəpik civarında yüksəlib. Tezadlar.az xəbər verir ki, bahalaşmanın əsas səbəbi Yaxın Şərqdə baş verən hadisələrdir. Bu hadisələr Hörmüz boğazı vasitəsilə neft daşınmalarında gecikmələrə səbəb olub. Dünyadakı neft tədarükünün təxminən beşdə biri məhz bu boğaz vasitəsilə həyata keçirilir. Beynəlxalq birjalardakı bu tendensiya artıq Gürcüstan bazarına da təsir edib.
Bəzi markalı yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri artıb. Orta hesabla qiymətlər yanacağın növündən asılı olaraq 50–60 tetri yüksəlib. Yanacaq qiymətlərinin artması fonunda hazırda Marneulidə çörək qiymətlərinin də yüksəlməsi müşahidə olunur. Bir sıra sahibkarlar isə bu artımı məhz yanacaq qiymətlərinin yüksəlməsi ilə əlaqələndirirlər.