Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaxın Şərqdə vəziyyət kritikləşir: Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla daha bir neçə Körfəz ölkəsi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb. Bu iddianı “Associated Press“ adı çəkilməyən ABŞ, İsrail və Körfəz rəsmilərinə istinadən yazıb. Agentliyin məlumatına görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə İranın rəhbərliyində köklü dəyişiklik olana qədər ABŞ-İsrail hərbi əməliyyatını davam etdirmək istədiklərini bildiriblər.
Bununla da İranın ətraf düşmənlərinin sayı artmaqdadır.
Xatırladırıq ki, İran Türkiyə və körfəz ölkələrinə raket zərbələri endirib. Səbəb isə bu ölkələrdə ABŞ- ın hərbi bazalarının olması göstərilir. Bəzi analitiklər isə bunu həmin müsəlman ölkələrinin İranı dəstəkləməməsi ilə əlaqələndirirlər.
A.Məmmədli