2 Aprel 2026 / 17:29

Ermənistan KTMT-yə qayıtmayacaq-PAŞİNYANDAN CƏSARƏT NÜMUNƏSİ

Paşinyan daha bir cəsarət nümunəsi göstərdi. Baş nazir “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil”, -söyləyərək Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra brifinqdə belə deyib. O, əlavə edib: “Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT-ylə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq deyib ki, geriyə keçmişə daim boylanmağa ehtiyac yoxdur”. Onun sözlərinə görə, mövcud məsələlər üzrə hər kəsin öz həqiqəti var. Sitat: “Biz daim eyni nöqtəyə baxmamalı, müzakirə edib ölçüb-biçməməliyik. Biz hər şeyi yaxşıca düşünmüşük və müəyyən nəticələrə gəlmişik. Dünən bu nəticələri qarşılıqlı hörmət şəraitində bölüşdük”.

Rəsmi Moskva isə Paşinyanın bi mövqeyindən çox məyyusdur. Bu barədə Rusiya mediası da yazır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!