Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Tehran administrasiyasına razılığa gəlməsi üçün verdiyi 48 saatlıq müddəti 8 aprelə qədər uzadıb.
Tezadlar.az xəbər verir ki, sosial mediada son paylaşımında Tramp İrana Hörmüz boğazını ticarət gəmiləri üçün açmaq üçün verdiyi müddəti sabahdan 8 aprelə qədər uzadıb.
Daha əvvəl İranı Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə təhdid edən Tramp paylaşımında “Çərşənbə axşamı Şərq vaxtı ilə saat 20:00-da” ifadəsini də əlavə edib.
İranı hədəf alan paylaşımlarında ritorikasını sərtləşdirən ABŞ prezidenti, İranda ABŞ təyyarəsinin vurulmasından sağ çıxan ikinci pilotun təhlükəsiz şəkildə xilas edilməsindən sonra müddətin uzadılması ilə bağlı açıqlama verib.
Səhər tezdən sosial mediada paylaşımında prezident Tramp hərbi əməliyyatı “ABŞ tarixindəki ən cəsarətli axtarış və xilasetmə əməliyyatlarından biri” adlandırıb və ikinci pilotun xilas edildiyini açıqlayıb.
Qırıcı təyyarənin vurulması
İran İnqilab Keşikçiləri Korpusu 3 apreldə İranın mərkəzində hava hücumundan müdafiə sistemlərindən istifadə edərək ABŞ-ın qırıcı təyyarəsini vurduğunu açıqladı.
İran mediası ABŞ-ın qırıcı təyyarəsinin pilotunun əsir götürülə biləcəyini bildirdi.
ABŞ mediasına danışan rəsmilər təyyarənin vurulmasını təsdiqləyərək, bir heyət üzvünün xilas edildiyini və ikincisi üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirdilər.
“New York Times” qəzetinin xəbərində ikinci ABŞ qırıcı təyyarəsinin Hörmüz boğazı yaxınlığında F-15 ilə demək olar ki, eyni vaxtda vurulduğu bildirilir. Xəbərdə əlavə olunur ki, həmin ikinci təyyarənin pilotu hadisədən sağ çıxıb.
ABŞ prezidenti Donald Tramp 3 apreldə İranda vurulan F-15E qırıcı təyyarəsinin ikinci pilotunu da xilas etdiklərini açıqladı.
E.ŞİRİNOV