Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qeyri-ictimai əlaqələr Tehran nümayəndələri ilə birbaşa görüş mərhələsinə keçərsə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlara qoşula bilər.
Tezadlar.az bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat verir.
Nəşr qeyd edir ki, danışıqlara hazırda prezidentin xüsusi elçisi Stiven Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner rəhbərlik edir, lakin Uitkoff və Kuşner kifayət qədər irəliləyiş əldə edərsə, Vens danışıqlara qoşula bilər.
Müəlliflərin fikrincə, Ağ Ev müharibəyə son qoymağa çalışdıqca Vens əsas oyunçuya çevrilir.
Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, “prezident Trampın vitse-prezident Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Uitkoff və cənab Kuşner də daxil olmaqla, sülh sazişinin mümkün olub-olmadığını araşdırmaq üçün birlikdə çalışan görkəmli milli təhlükəsizlik komandası var”.
Onun sözlərinə görə, Vens “bütün xarici siyasət məsələlərində həmişə nüfuzlu səs olub”.
Daha əvvəl “Financial Times” (FT) qəzeti qeyd etmişdi ki, Vensin İrana qarşı əməliyyatın ilk günlərindəki susqunluğu Vaşinqtonda diqqəti cəlb etmiş və ABŞ prezidenti ilə münasibətlərdə mümkün bir çatla bağlı suallar yaratmışdır.
E.ŞİRİNOV