Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Hörmüz boğazının açılmasına və təhlükəsiz naviqasiyanın təmin edilməsinə razılıq verib.
Tezadlar.az bildirir ki, ABŞ prezidenti Donald Tramp bu barədə sosial media hesabı TruthSocial-da məlumat verib.
“İran Hörmüz boğazının tam və dərhal təhlükəsiz açılmasına razılıq verib”, – o yazıb.
Trampın sözlərinə görə, Tehran bu qərarı ikitərəfli atəşkəsin bir hissəsi kimi verib.
Bundan əvvəl Ağ Ev İranla iki həftəlik atəşkəs elan etmişdi. Tramp bombardmanı dayandırmağa razılıq verib. Onun sözlərinə görə, qərar Pakistanın Baş naziri Şehbaz Şərif və Pakistan Ordusunun Qərargah rəisi Asim Munirlə danışıqlardan sonra verilib.
Xəbər verdiyimiz kimi, Tramp İran və ABŞ arasında iki həftəlik atəşkəs elan edib.
7 apreldə ABŞ və İran əvvəlkindən daha ciddi təhdidlər mübadiləsi aparıblar. Tramp bu açıqlamanı verən ilk şəxs olub və bütün bir sivilizasiyanın bir gecədə yox olacağını və heç vaxt dirçəlməyəcəyini bildirib. Tehran cavab olaraq 14 milyon vətəndaşın İranı müdafiə etməyə hazır olduğunu və ABŞ-ın “qırmızı xətləri” keçəcəyi təqdirdə düşmənçiliklərin regiondan kənara yayılacağını qeyd edib.
Qeyd edək ki, atəşkəs elan edilməzdən əvvəl Amerika bombardmançı təyyarələri İrana gecə zərbələri endirmək üçün Britaniyadan yola düşmüşdü.
E.ŞİRİNOV