Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Tramp İranın Hörmüz boğazından kifayət qədər neft tankerinin keçməsinə icazə vermədiyini iddia edərək, “Bu, bizim razılaşmamıza ziddir” deyib.
Tezadlar.az bildirir ki, prezident Donald Tramp sosial media hesabında verdiyi açıqlamada Tehran administrasiyasını Hörmüz boğazı ilə bağlı hədəfə alıb.
Tramp bildirib ki, “İran Hörmüz boğazından neftin keçməsinə icazə verməkdə çox qeyri-kafi, hətta bəzilərinin dediyi kimi, şərəfsiz davranır. Bu, bizim razılaşmamıza ziddir”.
Donald Tramp məsələ ilə bağlı son açıqlamasında deyib: “İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığı barədə məlumatlar var. Əgər belə olmasaydı, yaxşı olardı; amma belədirsə, dərhal dayandırmalıdırlar”.
E.ŞİRİNOV