Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-İran danışıqlarından əvvəl son xəbər…
ABŞ-İsrail-İran münaqişəsində kövrək atəşkəs davam edərkən, danışıqları aparacaq Tehran nümayəndə heyəti İslamabada gəlib.
Vaşinqton nümayəndə heyətinin də səhər saatlarında bölgədə olacağı iddia edilir.
Tezadlar.az bu barədə CNN-ə istinadən xəbər verir.
CNN yazır: “Tərəflər əvvəlcə Pakistan vasitəsilə gündəmdə razılığa gələcəklər, sonra görüş üz-üzə keçiriləcək”.
ABŞ prezidenti Donald Tramp bildirib ki, danışıqlarda mümkün razılaşmanın ilk şərti “heç bir nüvə silahı istehsal olunmayacağına zəmanət” olacaq.
O, həmçinin Tehran administrasiyasına Hörmüz boğazından keçid üçün ödəniş tələb etməyə icazə verməyəcəklərini bildirib.
İran Parlamentinin sədri Qalibaf da ABŞ ilə danışıqlara münasibət bildirərək deyib: “Niyyətimiz yaxşıdır, amma etibarımız yoxdur”.
Digər tərəfdən, İsrailin ABŞ-ın Beyruta hücumları dayandırmaq tələbini qəbul etdiyi iddia edilib.
E.ŞİRİNOV