Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran dövlət televiziyasında yayımlanan bir proqramda çıxış edən İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi Parlament tərəfindən Hörmüz boğazından “təhlükəsiz keçid” üçün hazırlanmış qanun layihəsinə toxunub.
Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, Əzizi Hörmüz boğazı haqqında qanun layihəsinin təsdiqlənməsindən sonra boğazın tam Silahlı Qüvvələrin nəzarəti altına keçəcəyini və Hörmüz boğazı ilə bağlı Omanla əməkdaşlıq müqaviləsi imzalana biləcəyini bildirib.
Parlament tərəfindən hazırlanan qanun layihəsində boğazdan keçid üçün toplanılması planlaşdırılan rüsumlara toxunan Əzizi “Parlament tərəfindən hazırlanan qanun layihəsinə görə, Hörmüz boğazından keçid haqqı İranın milli valyutası olan rial ilə ödəniləcək” deyib.
E.ŞİRİNOV