Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Livan və İsrail arasında ilk rəsmi əlaqə telefon danışığı vasitəsilə qurulub. Zəng Vaşinqtondakı səfirlər arasında baş tutub. Tərəflərin atəşkəs və danışıqlar prosesini müzakirə etmək üçün çərşənbə axşamı ilk görüşünü keçirməsi gözlənilir.
Tezadlar.az xəbər verir ki, Livan Prezidentliyi Livan və İsrail arasında ilk rəsmi əlaqənin qurulduğunu açıqlayıb.
Açıqlamaya görə, ABŞ-ın Livandakı səfiri də Vaşinqtondakı səfirlər arasında telefon danışığında iştirak edib.
Livan Prezidentliyi zənglərin atəşkəsin təmin edilməsi və danışıqlara başlamaq məqsədi daşıyan diplomatik səylərin bir hissəsi olduğunu açıqlayıb.
Tərəflərin ABŞ-ın vasitəçiliyi ilə ilk üzbəüz görüşlərini çərşənbə axşamı ABŞ Dövlət Departamentində keçirmək barədə razılığa gəldikləri bildirilib.
E.ŞİRİNOV