11 Aprel 2026 / 10:57

ABŞ İrandan məhbuslarının azad edilməsini tələb edəcək

ABŞ İslamabadda planlaşdırılan danışıqlar zamanı İrandan məhbuslarının azad edilməsini tələb edəcək.

Tezadlar.az bildirir ki, “Washington Post” qəzetinin məsələyə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Tramp administrasiyasının rəsmiləri İslamabadda planlaşdırılan danışıqlar zamanı İranda saxlanılan amerikalıların azad edilməsini tələb edəcəklər.

Mənbələr qeyd ediblər ki, rəsmilər bu məsələ ilə bağlı nə qədər təzyiq göstərəcəklərini hələ bilmirlər, bəzi rəsmilər isə danışıqlar çətinləşərsə, bu tələbin təxirə salına biləcəyini bildiriblər.

Məlumatda İranda saxlanılan altı amerikalı olduğu bildirilir.

ABŞ-ın vitse-prezidenti J.D.Vens və onun nümayəndə heyəti dünən İslamabada yola düşüb. İran nümayəndə heyəti də dünən axşam İslamabada gəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!