12 Aprel 2026 / 12:38

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri döndü

ABŞ- İran danışıqlarının nəticəsiz nəticələnməsi fonunda Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb. Tezadlar.az xatırladır ki, bu barədə “Bloomberg“ dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən məlumat yayıb. Qeyd edilib ki, iki boş supertanker Hörmüz boğazından keçərək Körfəz istiqamətində hərəkət etməyə cəhd göstərsə də, ABŞ və İran arasında danışıqlarınnəticəsiz başa çatması fonunda son anda geri dönüb. Məlumata görə, bir gün əvvəl İranın Larak adası yaxınlığına, Hörmüz boğazındakı keçid nöqtəsinə üç tanker yaxınlaşıb. Onlardan biri yunan şirkətinə məxsus olub və İraqa doğru istiqamətlənib, digəri isə Pakistan bayrağı altında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedirmiş. Hər iki tanker geri dönüb. Bildirilir ki, gəmilərin marşrutunda dəyişiklik ABŞ və İran nümayəndələrinin Pakistanda keçirilən görüşdə razılığa gələ bilmədiklərinin açıqlanması ilə eyni vaxta təsadüf edib. “Bloomberg“ yazıb ki, üçüncü gəmi akvatoriyanı keçərək Körfəz istiqamətində yoluna davam edib, lakin onun təyinat məntəqəsi məlum deyil. Məlumata görə, tanker “Haut Brion 8 SA” şirkətinə məxsusdur, tankerin operatoru isə Cənubi Koreyanın “Sinokor Maritime” şirkətidir.

Bəs bundan sonra Hörmüz boğazından tankerlərin keçmə imkanı necə olacaq? Bu sual hələki cavabsız kimi görünür.
Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!