Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Aprel 2026 / 21:54

AB yardımı rəsmiləşdi: Daha çox maliyyə, daha çox silah!

Viktor Orbanın seçkilərdə uduzması sadəcə Macarıstan daxilində hakimiyyət dəyişikliyi deyil. Bu, Avropa Birliyi daxilində uzun illər davam edən bir müqavimət xəttinin qırılmasıdır. Orban Brüssel üçün problem idi.

Tezadlar.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Elbəyi Həsənli bildirib.

“Orban Avropa daxilində Ukrayna məsələsində ən açıq əngəl idi. O, Rusiyaya qarşı sərt siyasətin genişlənməsini ləngidir, sanksiyaların təsirini müzakirəyə açır və Ukraynaya verilən dəstəyin miqyasını sual altına qoyurdu. Bu, Brüssel üçün narahatlıq yaradırdı.

Avropa artıq Ukrayna məsələsində daha sürətli, daha sərt və daha az mübahisəli qərarlar qəbul edəcək – yəni daha çox silah, daha çox pul, daha sürətli inteqrasiya…

Orbanın yoxluğu Donald Trampı da məyus edib. Amerika prezidenti onun şəxsində Avropa Birliyində əsas dayağını itirib”, – o vurğulayıb.

Qeyd edək ki, 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın hakim koalisiyası müxalif Peter Magyarın Tisa Partiyasına məğlub olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!