Bu gün Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dayanıqlı kimya və Kimya mühəndisliyinə doğru” mövzusunda Tələbə və Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı başlayır.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat paylaşıb.
O qeyd edib ki, iki gün davam edəcək konfransda yerli təhsil müəssisələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Portuqaliya, Çin, Fransa, Rusiya və Yaponiya ali məktəblərindən tələbə və gənc tədqiqatçılar iştirak edəcəklər:
“Konfransa ümumilikdə 256 tezis daxil olub. Müraciətlərdən 46-sı xarici təhsil müəssisələrindən edilib. Bakı Ali Neft Məktəbi üzrə daxil olmuş müraciətlərin sayı 52-di”.
JASMİN