Əsas məzmuna keç

Türkiyədə Dəhşətli Məktəb Qətliamı: 14 Yaşlı Şagird 8 Nəfəri Öldürdü

Tezadlar.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində ölkəni sarsıdan qanlı hadisə baş verib. 14 yaşlı məktəbli təhsil aldığı təhsil müəssisəsində odlu silahla hücum təşkil edərək, 7 şagird və 1 müəllimi qətlə yetirib. Hadisədən sonra yeniyetmə intihar edərək həyatına son qoyub.

Hadisə ilə bağlı aparılan ilkin araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb:

Hücumda istifadə olunan silahların hücumçunun atası, birinci dərəcəli polis rəisi olan U.M.-ə məxsus olduğu müəyyən edilib. Polis rəisi hadisədən dərhal sonra saxlanılıb.

İstintaqın davamı olaraq, yeniyetmənin anası – Anadolu liseyində Türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Hadisənin baş verdiyi məktəbdə və ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Şahidlərin verdiyi məlumata görə, 14 yaşlı yeniyetmə özü də həmin məktəbin şagirdi olub. Hazırda hücumun hansı motivlə törədildiyi və silahlara çıxışın necə təmin edildiyi prokurorluq tərəfindən geniş şəkildə araşdırılır.

Səbinə Bağırova 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…