Əsas məzmuna keç

Türkiyənin aidiyyəti qurumları bu serialları nəzarətə götürüb

Şanlıurfa və Kahramanmaraşda baş verən faciələr fonunda Türkiyədə yayımlanan serialların yoxlanılmasına başlanılıb.

Tezadlar.az xəbər verir ki, hazırda türk mediasında “Eşref Rüya” və “Yeraltı” seriallarının yayımdan tamamilə çıxarılması ilə bağlı şayiələr yayılıb. Lakin ekran işlərinin yayım şirkətləri hələ ki, bununla bağlı hər hansı rəsmi addım atılmadığını açıqlayıblar.

Bununla belə, layihələrdə artıq silah, zorakılıq səhnələrə daha ciddi nəzarətin olacağı istisna edilmir.

Qeyd edək ki, hazırda Türkiyədə mafiya məzmunlu “Yeraltı”, “Eşref Rüya” serialları reytinqlərdə birincidir. Bundan başqa, yayımlanan digər serillarda da (“Uzak şehir”, “Halef”, “Sevdiyim sensin”, “Çirkin”, “Güller ver günahlar”, “A.B.İ”, “Arka sokaklar”, “Teşkilat”, “Taşacak bu deniz”) böyük hissəsində silahlı atışma, zorakılıq səhnələri çoxluq təşkil edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…