MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçisi Abbas Hüseynovu əsas komandadan kənarlaşdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş məşqçinin bu qərarı verməsinə səbəb oyunçunun nizam-intizam qaydalarını pozması olub. Buna görə də 30 yaşlı müdafiəçi əvəzedici heyətə göndərilib.
Qeyd edək ki, bu, klubda baş verən ilk belə hal deyil. Bir müddət öncə digər futbolçu Sami Mmae də eyni səbəbdən – nizam-intizam qaydalarını pozduğuna görə analoji cəza ilə üzləşmişdi.