Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Aprel 2026 / 07:04

İran ABŞ ilə danışıqların ikinci mərhələsinə razılıq verdi

İran ABŞ ilə danışıqların ikinci mərhələsinə razılıq verib və ABŞ-ın vitse-prezidenti J.D.Vens İslamabada səfər edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ağ Ev 20 aprel bazar ertəsi gününü Tehrandan danışıqları davam etdirmək və Pakistanın paytaxtına danışıqlar qrupu göndərmək üçün siqnal gözləyərək keçirib.

“İran qrupu Ali Rəhbərdən (Moctaba Xamenei) icazə gözləyirdi. Mənbənin sözlərinə görə, icazə bazar ertəsi axşamı alınıb”, – deyə jurnalistlər aydınlaşdırıblar.

Nəşrin mənbəyinə görə, Tehran danışıqları sərt mövqe və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) təzyiqi səbəbindən təxirə salır. Korpus ABŞ-ın Hörmüz boğazına qoyduğu blokada aradan qaldırılana qədər heç bir danışıqların aparılmamasında israr edir.

17 apreldə ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişəni “bir-iki gün” ərzində həll etmək üçün yekun razılığa gəlməyi planlaşdırdığını açıqlayıb.

Bazar günü, 19 apreldə Ağ Ev ABŞ nümayəndələrinin İranla yeni danışıqlar aparmaq üçün İslamabada getdiyini açıqladı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!