ABŞ prezidenti Donald Tramp danışıqların son mərhələsində İranla sülh müqaviləsinin imzalanma mərasimində şəxsən iştirak edə bilər.
Tezadlar.az xəbər verir ki, “Reuters” bu barədə Pakistan mənbəsinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, “müqavilə imzalanarsa, ABŞ prezidenti Donald Tramp görüşdə şəxsən və ya videokonfrans vasitəsilə iştirak edə bilər”.
Başqa bir İran rəsmisi agentliyə bildirib ki, Tehran müqavilədə iştirak etmək imkanını “müsbət şəkildə nəzərdən keçirir”. O, həmçinin vurğulayıb ki, İran əsas şərtlərinin, o cümlədən uranı zənginləşdirmək hüququnun tanınmasını gözləyir.
E.ŞİRİNOV






