26 Aprel 2026 / 10:34

Gülümsəməsi ilə həyatı dəyişdi: Ölümcül xəstəliyə qalib gələn itin inanılmaz hekayəsi – FOTOLAR

Tezadlar.az xəbər verir ki, Luisianadakı bir heyvan sığınacağında uzun müddət diqqətdən kənarda qalan “Burreaux” adlı qara rəngli Labrador cinsli itin hekayəsi bütün dünyanı təsirləndirib. Ölümcül “Parvovirus” xəstəliyini məğlub etməsinə baxmayaraq, sığınacaqda heç kim onu fərq etmirdi. Lakin sığınacaq işçiləri onda qeyri-adi bir xüsusiyyət kəşf ediblər.

Ona yumşaq səslə müraciət edildikdə, Burreaux-nun üzündə kiçik, lakin ümid dolu bir “gülümsəmə” yaranırdı. Sığınacaq əməkdaşları bu kadrları çəkərək sosial şəbəkələrdə paylaşdıqdan sonra it qısa zamanda məşhurlaşıb. Bu səmimi gülümsəmə minlərlə insanın ürəyinə yol tapıb. Nəhayət, Burreaux-nu olduğu kimi sevən bir ailə çıxıb və onu övladlığa götürüb. Artıq “Pappy” adını alan sevimli it öz yeni yuvasında xoşbəxt həyat yaşayır.

Səbinə Bağırova 

Screenshot Instagram

Screenshot Instagram

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!