Əsas məzmuna keç

Millimizi qarşıda iki yoldaşlıq oyunu gözləyir

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

Tezadlar.az AFFA-nın saytına istinadən xəbər verir ki, komanda hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Azərbaycan millisinə dəvət edilən oyunçular:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…