Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Varlı ailələrin uşaqları aşağı sosial iqtisadi statusa malik olan yaşıdlarını təməl öyrənmə bacarıqları üzrə 58 bal qabaqlayır.
Tezadlar.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair təhsil mütəxəssisləri və media nümayəndələri üçün məlumatlandırma sessiyasında bildirib.
“Sosial statusu aşağı ailələrdən olan uşaqların 22 faizi isə ölkə üzrə yüksək nəticə göstərənlərin onluğuna düşüb”, – o, qeyd edib.