Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2026 / 03:02

“Liv Bona Dea klinikası və onun arxasında duran qüvvələr mənim simamda bütün narazı pasiyentləri qorxutmaq istəyir”

Sonuncu məhkəmə iclası mənə çox pis təsir etmişdi. Təsəvvür edin ki, Liv Bona Dea-nın baş meneceri Taner Özbek məhkəməyə gəlir və vəkilləri ilə birlikdə məni dayanmadan təhqir edir.  “Yalançı”, “yalana meyilli”, “saçma” kimi sözləri düz üzümə deyirlər. Və mən buna etiraz edə bilmirəm. Çünki dəqiq bilmirəm — etiraz etməyə, danışmağa haqqım varmı. Bundan əvvəl heç vaxt məhkəmə prosesində iştirak etməmişəm. Üstəlik, hər bir mədəni insan kimi, belə vəziyyətlərdə özümü itirirəm və özümü müdafiə etmək üçün söz tapmıram. İndi də bunu özümə bağışlaya bilmirəm.
Tezadlar.az xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin qurucusu Nigar Köçərli  sosial media hesabında bildirib.
“Nə haqla bu insanlar məni təhqir edir? Zərər çəkən mənəm, fiziki və mənəvi zərbə mənə vurulub. İndi isə klinika məni məhkəməyə verib, 222 min AZN təzminat tələb edir və üstəlik, məhkəmə qarşısında məni təhqir edir.
Özümü çox alçaldılmış hiss edirəm.
Eyni zamanda, mənə güc verən nədir, bilirsinizmi? Birincisi, bütün bu proses nümayişkaranə xarakter daşıyır. Klinika və onun arxasında duran qüvvələr mənim simamda bütün narazı pasiyentləri qorxutmaq istəyir  –“Biz bunları ictimai şəxsə qarşı ediriksə, görün, sadə insanlarla nə qədər amansız davrana bilərik. Susun, səsinizi çıxarmayın!”
Əgər klinika bu prosesdən qalib çıxsa, çox təhlükəli presedent yaranacaq və sabah heç kəsin öz haqqını tələb etmək imkanı olmayacaq.
İkincisi, mən mədəniyyət sahəsinin təmsilçisiyəm. Sizin məqsədiniz isə pul qazanmaqdır — ölüdən də, diridən də. Mən bir Azərbaycan vətəndaşı, bir Azərbaycan qadını olaraq demək istəyirəm ki, heç kimin bizi əzməyə haqqı yoxdur!
Bu mübarizə yalnız ədalət uğrunda deyil. Bu, mənim, Azərbaycan qadınının və bütün zərər çəkən insanların ləyaqəti uğrunda mübarizədir”, – deə Nigar Köçərli qeyd edib.
Xatırladaq ki, yanvarın 14-də Nigar Köçərli “Liv Bona Dea” Hospitalında planlı əməliyyat olunub. O, daha sonra hospitalda başına gələnləri sosial şəbəkə hesabında ictimailəşdirib.  Köçərli əməliyyat zamanı və sonradan ona göstərilən diqqətsizlikdən, laqeydlikdən, ağrıları ilə bağlı müraciətlərinə etinasızlıqdan, başına gələnlərlə bağlı ailəsinin məlumatlandırılmamasından, tibbi personalın öz işini vicdanla yerinə yetirməməsindən narazılıq edib. Baş verənlərlə bağlı Nigar Köçərlinin həyat yoldaşı “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da sosial media hesabında fikirlərini bölüşüb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!