Vyetnamın “Petrovietnam” şirkətinin vitse-prezidenti Vu Dao Minin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşüb.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Bakı Ali Neft Məktəbində Vyetnamın “Petrovietnam” şirkətinin vitse-prezidenti Vu Dao Minin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Görüş zamanı BANM-in tədris proqramları, beynəlxalq əməkdaşlıq istiqamətləri və Ali Məktəbimizin təqdim etdiyi imkanlar barədə məlumat verdik. Hazırda 24 ölkədən tələbənin təhsil aldığı BANM-də gələcəkdə Vyetnamdan olan tələbələri də görəcəyimizə ümid etdiyimi bildirdim.
Görüşdə magistratura və doktorantura səviyyələrində əməkdaşlıq perspektivləri, eləcə də digər istiqamətlərdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq”, – deyə rektor qeyd edib.


JASMİN







