QS reytinqinin son nəticələri göstərir ki, Azərbaycan ali təhsili üçün mühüm irəliləyiş var.
İlk dəfə olaraq 3 universitetimizin TOP-800-də, 7 universitetimizin isə TOP-1000-də yer alması diqqətəlayiq nailiyyətdir.
Bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O, vurğulayıb ki, bu, universitetlərin, akademik heyətin, tələbələrin və dövlət dəstəyinin birgə nəticəsidir.
“Əlbəttə, hələlik bu sahədə ciddi problemlərimiz qalmaqdadır. Universitetlərimizin ölkənin innovasiya və texnoloji inkişafına real təsirləri yetərli deyil.
Dünyanın aparıcı universitetləri ilə müqayisədə elmi tədqiqatların keyfiyyəti, beynəlxalq elmi nəşrlər, xarici professor və tələbələrin cəlbi, universitet–sənaye əməkdaşlığı kimi istiqamətlərdə görüləcək işlər daha çoxdur”, – deyə ekspert diqqətə çatdırıb.
Qeyd edək ki, QS Dünya Universitetlərinin Reytinq Cədvəlində Azərbaycan universitetləri irəliləyib. İlk beşlikdə BDU, ADİU, ADNSU, ATU və Xəzər Universiteti yer alıblar.

JASMİN