23 İyun 2026 / 11:45

Arif Hacılı hava limanında qadağa ilə üzləşdi – Vyanaya gedə bilmədi

Müsavat Partiyasının sədri Arif Hacılı  ALDE-nin növbəti Konqresində iştirak etmək üçün hava limanına yollanıb, lakin ölkədən çıxışına icazə verilməyib.
 Tezadlar.az  xəbər verir ki, bu barədə o özü sosial media hesabında məlumat verib.
SİTAT:
“Bu gün Vyanaya səfərim var idi.
Bu şəhərdə Azərbaycanın iqtidar, müxalifət nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə əvvəllər də keçirilmiş, Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdım.
Yenə həmin şəhərdə iyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak edəcəkdim.
Hava alanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi.
Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!