Əsas məzmuna keç

Elmi əməkdaşlıq üçün yeni memorandum imzalandı

Elm və Təhsil Nazirliyi (ETN) Yüksək Texnologiyalar Parkının rezidenti olan “ETN Təcrübə-Sənaye Zavodu” MMC (TSZ) ilə “Kimya İnstitutu” Publik Hüquqi Şəxs və “Fizika İnstitutu” publik hüquqi şəxs arasında anlaşma memorandumu imzalanıb.

Tezadlar.az xəbər verir ki, razılaşma üç qurumun rəhbər heyəti arasında əməkdaşlıq perpektivlərinə dair keçirilən görüş zamanı əldə olunub.

Memoranduma əsasən, elmi-tədqiqat fəaliyyəti sahəsində ortaq məqsəd və təcrübələr əsasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin birgə icrası və təkmilləşdirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın