Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Konqres üzvləri bu addımı Amerika müdafiəsinə zərərli hesab edirlər…
The Washington Post qəzetinin məlumatına görə, hər iki partiyadan olan bir sıra ABŞ konqresmeni Türkiyəyə qabaqcıl beşinci nəsil F-35 qırıcı təyyarəsinin satışına qarşı çıxıb. Qəzetin məlumatına görə, Konqresin bir çox üzvü potensial razılaşmadan narahatdır. Lakin Konqresin razılaşmaya qarşı atdığı konkret addımlar barədə hələlik məlumat yoxdur.
Politico-nun qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Trampın açıqlaması Konqresdə qızğın tənqidlərə səbəb olub. Həm demokratlar, həm də respublikaçılar texnoloji cəhətdən çox inkişaf etmiş və bahalı Amerika qırıcı təyyarələrinin satışının ölkənin təhlükəsizliyinə zərər verə biləcəyini qeyd ediblər.
Bundan əlavə, bəziləri guya Türkiyənin uzun müddətdir təyyarə satışına maneə olan S-400 hava hücumundan müdafiə sistemlərinə sahib olmasına da işarə edirlər.
Demokrat Konqresmen Dina Titus həmkarlarından potensial razılaşmanın qarşısını almaq üçün birgə qətnamə təqdim etmələrini istəyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı iki günlük NATO sammitində iştirak etmək üçün Ankaraya gedib, hansı ki, o, Barak Obamanın 2015-ci ildəki səfərindən bəri Türkiyəyə səfər edən ilk ABŞ lideri oldu.
Xatırladaq ki, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra çox əhəmiyyətli bir açıqlama verib. ABŞ lideri Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə Qanunu (CAATSA) çərçivəsində Türkiyəyə tətbiq edilən sanksiyaların ləğv ediləcəyini bəyan edib.
Mətbuat konfransı zamanı “Türkiyə ilə bağlı heç bir narahatlığım yoxdur. Hasırda Türkiyə ilə münasibətlərimiz yəqin ki, indiyə qədər olduğundan daha yaxşıdır“ mesajını da verib.
Səfərin ən diqqət çəkən mövzularından biri də Türkiyənin uzun müddətdir gündəmində olan F-35 qırıcı təyyarələri ilə bağlı idi. Ankara 2019-cu ilin iyul ayında Rusiya istehsalı olan S-400 raketdən müdafiə sisteminin ilk komponentlərini aldıqdan sonra, 2020-ci ilin dekabr ayında Türkiyəyə qarşı CAATSA sanksiyaları tətbiq edilmiş və F-35-lərin alınmasına mane olunmuşdu.
Göründüyü kimi, Konqres yenə də F-35-lərin yoluna “daş qoymağa” çalışsa da, Tramp artıq Ankarada öz mövqeyini sərgiləyib…
Y.Məmmədli