Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 18:54

Ekoloji Xidmət qanunsuz kəsim faktlarını üzə çıxardı

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində, Xətai rayonu Qədir Məmmədov küçəsi 54 ünvanında və İsmayıllı rayonu Sərdəhar və Qaraqaya kəndlərinin yaxınlığındakı ərazidə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36 610 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!