6 Avqust 2026 / 05:51

ABŞ indi də Kubaya əl qoyur: gizli əməliyyat qrupu yaradılıb və…

Venesuela və İranla məsələni həll etməkdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kuba istiqamətində fəaliyyət göstərmək üçün gizli əməliyyat qrupu yaradıb. Tezadlar.az xəbər verir ki, bu barədə The New York Times mənbələrinə istinadən məlumat yayıb. Qrupa kəşfiyyat məlumatlarının təhlili, casusların cəlb edilməsi, kiberəməliyyatlar və gizli təzyiq tədbirləri üzrə ixtisaslaşmış əməkdaşlar daxildir. Nəşr qeyd edir ki, Kuba üzrə ayrıca qrupun yaradılması MKİ-yə bu istiqamətə daha çox maliyyə, texniki imkan və insan resursları yönəltməyə şərait yaradacaq. Məlumata əsasən, MKİ qrupun fəaliyyətindən Kuba siyasi elitasında parçalanma yaratmaq üçün istifadə etməyi gözləyir. Vaşinqtonun məqsədinin ABŞ-la münasibətlərdə sərt xətt tərəfdarlarını daha çox amerikalı prezident Donald Trampın tələblərini nəzərə almağa hazır olan liderlərlə əvəzləmək olduğu bildirilir. Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio qəzetə açıqlamasında bildirib ki, ABŞ kəşfiyyatının Kuba ilə bağlı bu cür fəaliyyətləri yeni deyil. “Bu niyyətlərdə təəccüblü heç nə yoxdur, çünki Kuba uzun müddətdir MKİ-nin casusluq, təxribat və vəziyyəti sabitsizləşdirməyə yönəlmiş səylərinin hədəfi olub”, – deyə o bildirib.

Kubaya əl qoymaq isə Rusiyanın Amerika maraqlarını alt- üst edir, sovet hakimiyyəti illərində Kubanın kommunistləşdirilməsi ABŞ- ın siyasi maraqlarını tapdamaq idi. İndi vəziyyət 180 dərəcə dəyişib- Rusiyanın başı özünə qarışıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!