Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən Yaroslavl Neft Emalı Zavoduna zərbələr endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, avqustun 6-na keçən gecə Yaroslavl vilayətində pilotsuz uçuş aparatları təhlükəsi elan olunub. Səhər saatlarına yaxın şəhər sakinləri bir neçə partlayış səsi eşidiblər. İddialara əsasən, zərbələrin hədəfi Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan “Slavneft-YANOS” zavodu olub. Məlumata görə, müəssisənin illik emal gücü təxminən 15 milyon ton xam neft təşkil edir. Zavod Rusiyanın ən böyük beş neft emalı müəssisəsindən biri hesab olunur və həm ölkə daxilində, həm də ixrac bazarlarında neft məhsulları istehsal edir.
A.Məmmədli