6 Avqust 2026 / 19:20

Asim Xudiyevə UEFA-dan yeni təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Tezadlar.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsində, avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) – “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!