Əsas məzmuna keç

AYNA ay ərzində 560 000 000 AZN qazanır???

…Metronun “Nizami” – “28 May” stansiyaları arasında hərəkətin dayandırılması AYNA adlı bir qurumun ay ərzində 560 000 000 AZN qazanması deməkdir.
Belə ki, hər bir belə sərnişin bu səbəbdən gün ərzində ən azı 2 manat artıq pul xərcləyir. Bu proses sərnişinə təkcə maddı deyil, həm fiziki və həm də psixoloji cəhətdən ziyan vurur. Bu isə aztəminatlı sərnişinlərin haqlı narazılığına səbəb olur. Metroda elan verilir ki, bu prosesə anlayışlı yanaşdığınıza görə sizə təşəkkür edirik. Burada anlaşılan odur ki, sərnişinin yolunu kəsib onu əlavə xərcə salanlar bu quldurluğa görə sərnişinlərə üzürxahlıq edir. Azparkindən, cərimələrdən yığdıqları pul bəs eləmir, indi də ən asan qazancı AYNA buradan götürür.  Bu korrupsiya deyil, nədir?
Etibar ABALOV
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın