Nəhayət, istintaqla Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib. Tezadlar.az xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, Nail Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb. Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma davam etdirilir.
Ər-arvadın nə üstündə mübahisə etdiyi araşdırılır. Adi səbrsizlik birini o dünyaya, digərini həbsə apardı.
Səbuhi







