Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmaq qərarını alqışlayırıq”.
Tezadlar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmaq qərarının alqışlandığı bildirilib.
Bəyanatda aşağıdakılar yer alıb:
“Bu istiqamətdə iradəsini nümayiş etdirən ABŞ administrasiyasının və prosesi dəstəkləyən ABŞ Konqresinin konstruktiv yanaşmasını yüksək qiymətləndiririk; Suriya hökumətini və xalqını qətiyyətli mövqeyinə görə təbrik edirik.
Ölkəmizin uzun müddətdir dəstəklədiyi bu vacib addımla Suriyanın iqtisadi bərpası və yenidən qurulması yolundakı ən böyük maneələrdən biri aradan qaldırılıb.
İnanırıq ki, bu qərar Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrini gücləndirmək və ölkədə təhlükəsizlik və sabitliyi daimi olaraq təmin etmək səylərini sürətləndirəcək.
Beynəlxalq ictimaiyyəti çiçəklənən Suriya məqsədinə doğru səylərini birləşdirməyə və bu vizyonu təhlükə altına qoyan təcavüzkar hərəkətlərə son qoymaq üçün məsuliyyətlərini yerinə yetirməyə çağırırıq”.
ELBAR







