Şimali Kiprdə gəmi faciəsi ilə bağlı 8 nəfər saxlanılıb. Tezadlar.az Haber- Türk-ün canlı efirinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Ünal Üstel məlumat verib. Saxlanılanlar arasında gəminin kapitanı və 7 əməkdaş var.
Bu arada Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir və indiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb. 17 nəfərin axtarışı davam etdirilir. Onların sağ qalma ehtimalının olmadığı da bildirilir.







