Əsas məzmuna keç

Əsədin nüvə sirri bu hesabatla açıqlandı: 73 ton uran tapıldı

Birləşmiş Millətlər Təşkilatının orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) devrilmiş Əsəd rejiminin nüvə fəaliyyəti ilə bağlı təəccüblü tapıntılar əldə edib. Araşdırmalar nəticəsində təxminən 73 ton təbii uran metalı aşkar edilib.

Tezadlar.az xəbər verir ki, Associated Press (AP) tərəfindən əldə edilən BAEA hesabatı devrilmiş Əsəd rejiminin Suriyadakı nüvə fəaliyyəti ilə bağlı yeni detalları ortaya qoyur.

Üzv dövlətlərə paylanan hesabatda deyilir ki, BMT-nin nüvə nəzarəti orqanının müfəttişləri avqust ayında Suriyadakı bir neçə əraziyə baş çəkib və uzun müddətdir şübhə altında olan nüvə sahəsinin mövcudluğunu təsdiqləyən araşdırmalar aparıblar.

Hesabatda bildirilir ki, Əsəd rejimi o dövrdə “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) Təminat Sazişinin tələb etdiyi kimi nüvə materialları, qurğuları və fəaliyyətləri barədə məlumat verməyib”.

Bunlara Deyr əz-Zorda tikilməkdə olan nüvə reaktoru, nüvə yanacağı istehsalı müəssisəsi və yanacaq saxlama üçün istifadə olunan başqa bir sahə daxildir.

BAEA müfəttişləri 29 avqustda Deyr əz-Zor ərazisinə baş çəkdiklərini bildiriblər. Hesabatda deyilirdi ki, “Müşahidələrə əsasən Agentlik aşkar edilmiş soyutma infrastrukturunun nüvə reaktorunun infrastrukturuna uyğun olduğunu təsdiqləyib”.

Suriya tərəfindən BMT-yə 17 iyulda bildirilən başqa bir ərazidə yoxlamalar zamanı yanacaq çubuqları şəklində təxminən 73 ton emal olunmuş təbii uran metalı aşkar edilib. BMT qrupları aşkar edilmiş bütün materialları nəzarət və mühafizə altına alıb.

Nə baş verib?

Əsəd rejimi dövründə Deyr əz-Zorda Şimali Koreya tərəfindən inşa edilmiş nüvə reaktoru da daxil olmaqla elan edilməmiş nüvə proqramının davam etdiyinə inanılırdı. Əsədin devrilməsindən sonra yeni hökumət BAEA müfəttişlərinə şübhəli keçmiş nüvə ərazilərinə giriş icazəsi verib.

BAEA 2024-cü ildə ərazidən nümunələr götürüb və keçən il bu nümunələrdə uran hissəciklərinin olduğunu bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…