Əsas məzmuna keç

İndiyədək 11 “Güzəştli mənzil” layihəsi tamamlanıb – neçə ailə ev sahibi olub?

İndiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə ev sahibi olub.

Tezadlar.az   xəbər verir ki, bunu Agentliyin Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.

“Ümumilikdə 11 güzəştli mənzil layihəsi tamamlanıb. Agentliyin fəaliyyəti təkcə Bakı şəhərini deyil, eyni zamanda müxtəlif regionlarını da əhatə edir. Paytaxtın Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də layihələr reallaşdırılıb”, – deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, MİDA növbəti mənzil satışını ilin sonuna planlaşdırır: “Hansı layihələrdə satış olacağı barədə məlumat tələblərə uyğun olaraq 30 gün əvvəlcədən elanlarda veriləcək. Bu məlumat həm Agentliyin rəsmi internet səhifəsində, eyni zamanda müxtəlif media resurslarında öz əksini tapacaq”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…