İşğal altında olan Qərb Şəriyəsinin Qalqilya və Şərqi Qüds şəhərlərində Fələstin torpaqlarını ələ keçirən israillilərin həyata keçirdiyi hücumlarda bir fələstinli həlak olub, üç nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Fələstin torpaqlarını ələ keçirən israillilər şimal Qərb Şəriyəsindəki Qalqilyanın Həccah kəndinə hücum ediblər.
Qalqilyadakı Dərviş Nezzal Dövlət Xəstəxanasından verilən açıqlamada Həccah şəhərinə hücum zamanı başından güllə yarası alan gənc fələstinli Ömər əl-Tubasın öldüyü bildirilib.
Fələstin Qırmızı Aypara Cəmiyyətinin verdiyi açıqlamada bildirilib ki, qruplar Həccah şəhərinə hücum zamanı başından, sinəsindən və budundan güllə yarası alan 17 yaşlı oğlan da daxil olmaqla üç yaralını xəstəxanaya gətiriblər.
Məlumatda bildirilir ki, israillilər kənddəki bir evə atəş açıblar.
Qüdsdə döyülən fələstinli əməliyyat olunub
Qüds Qubernatorluğunun verdiyi açıqlamada iki israilli hücumçunun bir fələstinli gənci döydüyü bildirilib.
Hücum nəticəsində qolu sınıb və gözündən ciddi xəsarət alan fələstinli əməliyyata aparılıb.
Fələstin Ayrılıq (Utanc) Divarı və Yəhudi Yaşayış Məskənləri ilə Mübarizə Şurasının məlumatlarına görə, Fələstin torpaqlarını ələ keçirən israillilər 2026-cı ilin ilk yarısında 3488 hücum həyata keçiriblər.
Bu hücumlar nəticəsində 17 fələstinli həlak olub, 26 bədəvi və çoban icması tamamilə və ya qismən didərgin düşüb və əsasən otlaq sahələrində 42 yeni qanunsuz yəhudi yaşayış məntəqəsi salınıb.
İşğal olunmuş Qərb Sahilində, o cümlədən Şərqi Qüdsdə 750 mindən çox israilli 194 yəhudi yaşayış məntəqəsində və 400 qanunsuz yaşayış məntəqəsində yaşayır.
Fələstin torpaqlarını ələ keçirən israillilər fələstinliləri torpaqlarından zorla qovmaq məqsədi ilə demək olar ki, hər gün hücumlar həyata keçirirlər.
ELBAR







