İrəvan işlərin uzanması səbəbindən COP17 beynəlxalq konfransına tam hazır ola bilməyəcək.
Ermənistan KİV-in xəbərinə görə, bunu şəhərin meri Tiqran Avinyan bildirib.
İclas zamanı “İrəvanda tikinti üzrə investisiya proqramlarının həyata keçirilməsi ofisi” QHT-nin direktoru Aneta Babayan bildirib ki, müsabiqənin qalibi hələ müəyyən edilməyib. Bununla belə, o, “müəyyən həll yollarının” tapılacağını vəd edib.
Avinyan bu yanaşmanı tənqid edərək qeyd edib ki, tələsik qəbul edilən qərarlar işlərin ümumiyyətlə aparılmamasından daha pisdir.
Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilməsi gözlənilir.







