…Son günlər Türkiyə mediasının ardınca Gürcüstan sosial media istifadəçiləri və din rəhbərləri də Azərbaycan əleyhinə hədyanlar yazırlar. Hətta Ulu Öndər Heydər Əliyevin Tbilisidəki büstünə qarşı hörmətsizlik də etdilər… Bilmirəm, Azərbaycanın Gürcüstandakı səfiri bu və ya digər ekstremist hərəkətlərlə bağlı hansı addımları atıb, amma onu deyim ki, məsələn, Malkhaz Antinatsi Dzidziguri adlı bu fb istifadəçi unudur ki, neçə il əvvəl Rusiya qazını kəsəndə Gürcüstan soyuqdan donub ölürdü, Azərbaycan qonşu və dost əlini uzatdı, təmənnasız qaz, üstəlik çörək almaq üçün 40 illik kredit də verdi- 200 milyon dollar və 0,5 faizlə! Bakı- Tbilisi- Ceyhan kəmərindən isə Gürcüstan hər il yüz milyon dollarla tranzitə görə pul alır… Bu yaramaz yazır: “Mən əvvəllər də yazmışdım ki, bu gün ən böyük təhlükə iqtisadi və hərbi cəhətdən çox güclənmiş Azərbaycandan gəlir və bundan əlavə, onu ən güclü dövlət olan Türkiyə dəstəkləyir”-“…ადრეც ვწერდი, დღეს ყველაზე დიდი საფრთხე მომდინარეობს აზერბაიჯანიდან, რომელიც ეკონომიკურად და სამხედრო თვალსაზრისით ძალიან მოძლიერდა და პლუს ამას, ზურგს უმაგრებს უძლიერესი სახელმწიფო თურქეთი.”- ზამთარში გაყინვით მოკვდებოდით, მაგრამ აზერბაიჯანმა ბენზინი უფასოდ მოგცათ. სირცხვილი!”.
…Və digər hədyanlar! Təbii ki, cavabını verdim. Amma bilək ki, son günlər Azərbaycana qarşı belə təxribatlar başlayıb və daha çox erməni barmağının izi görünür…
Nə deyim, bir vaxtlar qışda donub ölürdünüz, Azərbaycan sizə təmənnasız qaz, çörək almağa da 200 milyon dollar pul verdi. Burnunuzdan gəlsin! Utanın!
Asif MƏRZİLİ







