Əsas məzmuna keç

Azərbaycan da Məkkə Konvensiyasına qoşulacaq?

Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır.

Tezadlar.az   xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə deyib.

Baş prokuror bildirib ki, Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, eləcə də Avropa Şurasının korrupsiyaya qarşı mülki-hüquqi və cinayət-hüquqi konvensiyalarını ratifikasiya edib.

Kamran Əliyev qeyd edib ki, Azərbaycan genişmiqyaslı hüquqi və institusional islahatlar apararaq beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza yaradıb. Müvafiq qanunvericiliyin səmərəli tətbiqi üçün məhkəmə və hüquq-mühafizə sistemində də islahatlar həyata keçirilib.

Baş prokuror əlavə edib ki, ölkədə korrupsiyaya qarşı cəzalandırıcı tədbirlərlə yanaşı, onun qarşısının alınmasına da xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, “ASAN xidmət” mərkəzləri dövlət xidmətlərini şəffaf şəkildə təqdim etməklə dövlət idarəçiliyində şəffaflığın təmin olunmasına əhəmiyyətli töhfə verib.

Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini də vurğulayıb.

 

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…