Prezident İlham Əliyev Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Tezadlar.az xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər.
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Ağayev Qənbər Müseyib oğlu
Əliyarzadə Rahib Kamal oğlu
Əliyeva Nigar Əli qızı
Hüseynov Murad Məhəmməd oğlu
Hüseynova Çimnaz Həbib qızı
Quliyeva Nigar Sabir qızı.







