Əsas məzmuna keç

AMEA-nın qarşısında- H.Cavid prospektindəki keçidin yan tərəfi çökdü…

…Vaxtında dövlət vəsaitini tələmtələsik xərcləyib kosmetik iş görməyin sonu budur: bura Milli Elmlər Akademiyasının qarşısında, H.Cavid prospektindəki keçidin yan tərəfidir. FB istifadəçi nazir Nüsrət Quliyev yazır: “…H.Cavid prospektindəki keçidin yan tərəfi çöküb, böyük çala əmələ gəlib, baxan yoxdur. Ümumiyyətlə, şəhərdə yıxılan yol kənarındakı qoruyucu daşlar, döşənmiş daşların dağılması, sınıq plitələr və s. xoşagəlməz görüntülər, şəhərimizə gələn qonaqlarda heç də, xoş təəssürat yaratmır. Aidiyyəti qurumların işlərinin yarıtmaz olduğu aydın görünür, təmir-bərpa işləri aparılmır. Görəsən heç xəcalət çəkirlər?! Gəlin, şəhərimizi qoruyaq!”.
Təəssüflər olsun, bu keçidi AAYDA əməkdaşları tikib, yəqin yolun tamam çökməsini, bir-iki adamın çuxura düşüb xəstəxanalıq olmasını gözləyirlər…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…